Xəbər lenti
 
 
 KTMT Xarici İşlər Nazirləri dünən Zəngəzur bölgəsindəki vəziyyətlə bağlı tələbini müzakirə ediblər.
 
Ovqat.com-un məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə açıqlama verib.
 
O, RİA Novosti-yə açıqlamasında xarici işlər nazirlərinin hansı qərara gəldikləri barədə konkret heç nə deməyib. Bununla belə, qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası məsələlərinin müzakirəsində vasitəçi ola bilər. 
 
Rusiyanın KTMT-də Ermənistanın müttəfiqi olduğunu nəzərə alsaq, onun vasitəçi qismində çıxış etməsi Azərbaycan üçün məqbul variant deyil, yəqin ki, rəsmi Bakı bu təklifi geri çevirəcək.
 
Yeri gəlmişkən, erməni mənbələri Şuşada bu gün rus “sülhməramlılarının” özlərini  yaxşı aparmaması səbəbindən Azərbaycan əsgərləri tərəfindən döyüldüyünü xəbər verirlər. Ölkəmizin ərazi bütövlüyünə hörmət etməyən, hətta “sülhməramlıları”na belə düzgün tərbiyyə verə bilməyən bir dövlətin sərhədlərimizin müəyyənləşdirilməsində qərəzsiz mövqe tutacağına etibar edilməz. Ümidvarıq ki, Xarici İşlər Nazirliyimiz Moskvanın diqqətinə bunları çatdırıb sərhədlərimizin demarkasiyası məsələsi kimi yorucu işdə "əziyyətə qatlaşmasını" ona rəva görməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 5 660          Tarix: 19-05-2021, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma