Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 11-də Aktauda keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməyi planlaşdırır.
Bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
“Sergey Viktoroviç Lavrov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə olmağı planlaşdırır”, – diplomat deyib.
Xatırladaq ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan dövlət başçılarının iştirakı ilə keçiriləcək 5-ci Xəzər sammiti ərəfəsində baş tutacaq.
Sammitin əsas yekun sənədinin 2017-ci il dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə razılaşdırılan Xəzər dənizinin hüquqi vəziyyəti haqqında Konvensiya olacağı gözlənilir/Report.
Paylaş: