Xəbər lenti

 
Ermənistanın Baş naziri əvəzi Nikol Paşinyan bu gün ölkə parlamentində çıxış edərək çox önəmli açıqlamalar verib.
 
Ovqat.com-un erməni mənbələrinə istinadən bildirdiyinə görə, Paşinyan Ermənistanın nəzarəti altında bir vaxtlar Sovet Azərbaycanın tərkibində olan ərazilərin mövcudluğunu etiraf edib.
 
O, həmçinin bildirdib ki, Azərbaycanın işğalı altında da Sovet Ermənistanına məxsus ərazilər var və "bu məsələlər Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır".
 
Qeyd edək ki, neçə gündür, ermənilər Paşinyanın Tovuzun 7, Naxçıvanın 1 kəndini geri qaytarmağa hazırlaşdığını və yaxın günlərdə Moskvada bu barədə razılıq sənədi imzalanacağını vurğulayırdılar. Paşinyan isə Ermənistanın Azərbaycan qarşısında ön şərtləri olduğunu və bu şərtlərə əməl olunmasa sənədi imzalamayacağını bildirərək özünə haqq qazandırmağa çalışırdı. 


Ana səhifəyə qayıt        Baxış: 6 423          Tarix: 20-05-2021, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma