Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Bu il Qara dənizdə ən böyük “Sea Breeze” hərbi təliminin keçirilməsi Ukraynanın Rusiya təcavüzü qarşısında təkbaşına qalmadığına işarədir”.
Ovqat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə deyib.
Prezident Odessa bölgəsinə işgüzar səfəri zamanı “Sea Breeze 2021” beynəlxalq hərbi dəniz təlimində iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələri esminesini ziyarət edib və ABŞ 6-cı Donanmasının komandiri, vitse-admiral Evgene Blək ilə söhbətləşib.
Zelenski Ukrayna Donanması Gününün və ABŞ-ın Müstəqillik Gününün eyni vaxtda qeyd olunmasını simvolik adlandırıb və Amerika xalqını bu bayram münasibətilə təbrik edib.
"Bu iki hadisənin bir-birinə bağlı olduğuna inanıram. Axı bu gün Ukrayna şərqdə müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyur. Və inanırıq ki, tərəfdaşlarımız Amerika Birləşmiş Ştatlarının dəstəyi sayəsində həm quru, həm də suda və havada müstəqilliyimizi daha inamlı və uğurla qoruya biləcəyik", - Zelenski belə deyib.
Blək də öz növbəsində, müstəqilliyi uğrunda mübarizə aparan bir ölkənin prezidentini gəminin göyərtəsində salamlamağın ABŞ ordusu üçün böyük bir şərəf olduğunu bildirib. O, həmçinin, “Sea Breeze 2021” təlimləri zamanı hərbi uyğunlaşmağa nail olmaq üçün bir sıra elementin hazırlandığını, bunun Ukrayna və Amerika hərbçilərinin quruda, dənizdə və havada qarşılıqlı əlaqəsi üçün çox vacib olduğunu qeyd edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar