Xəbər lenti

İran prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı ölkənin təhlükəsizlik arxitekturası və daxili sabitliyilə bağlı səsləndirdiyi ittiham səviyyəli fikirlərlə böyük rezonans yaradıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İran İslam Respublikasının siyasi və sosial davamlılığı birbaşa olaraq Ali lider Əli Xameneinin təhlükəsizliyindən asılıdır.

Pezeşkian xəbərdarlıq edib ki, Xameneiyə qarşı mümkün hücum təkcə siyasi böhran yaratmayacaq, həm də ölkəni “daxili kollapsa və parçalanmaya” sürükləyə bilər. Prezidentin bu bəyanatı ölkə daxilində güc balansının nə qədər həssas olduğunu bir daha göstərib.

Prezident həmçinin parlamentdəki müxtəlif siyasi fraksiyaları vahid mövqeyə çağıraraq bildirib ki, İran üçün ən böyük təhlükə xarici deyil, daxili gərginlik və qarşıdurmadır.

O deyib ki, siyasi qütbləşmə və qarşılıqlı ittihamlar İslam Respublikasının təhlükəsizliyini zəiflədərək ölkəni riskli vəziyyətə gətirir.




Ana səhifəyə qayıt        Baxış: 2 874          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma