Xəbər lenti

Amerikalı alimlər tez-tez yalan danışan insanların orqanizmlərinin bir-birinin ardınca yarana biləcək çox sayda xəstəliklərə məruz qaldığı üçün sağlamlıqlarını böyük risk altında qoyduqlarını müəyyən ediblər. 

Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.

Mütəxəssislər izah edir ki, davamlı yalan danışan bir insanın orqanizmi bütün müddət ərzində stresə məruz qalır.

Axı yalançı özünü daim nəzarətdə saxlamalı və yeni söylədiyi məlumatların keçmiş yalanlara zidd olub-olmadığını yoxlamalıdır.

Bundan əlavə, yalançı həmişə ifşa olunmaq qorxusu altında yaşayır.

Nəticədə ağır stres orqanizmi zəiflədir və onu tam  gerçək xəstəliklərə məruz qoyur.  

Öz nəzəriyyələrini sübut etmək üçün elm adamları iki qrup könüllünün iştirakıyla bir araşdırma aparıblar.

10 həftə boyunca birinci qrupun iştirakçıları hər zaman yalnız həqiqəti danışıb, ikinci qrupun iştirakçılarına isə istədikləri kimi yalan danışmağa icazə verilib.

Təcrübənin sonunda bütün iştirakçılar tibbi müayinədən keçiriliblər.

Məlum olub ki, gerçəkçi insanlar həm fiziki, həm də psixoloji cəhətdən daha sağlamdırlar.  Yalançılar qrupundakılarda isə tamamilə mənfi nəticələr aşkarlanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 545          Tarix: 6-06-2020, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma