Xəbər lenti


Elə olsaydı, nə Paşinyan Qarabağda yallı getməz, Kəlbəcərdə erməni əsgərlərinə ev paylamaz, nə arvadı Anna Akopyan Şuşada əlinə silah götürüb son damla qanına qədər azərbaycanlılara qarşı vuruşacağını deməzdi...

Bizim bir atalar sözümüz var:  “Cücəni payızda sayarlar”.  Bu sözün mənası budur ki, insan səbrli olmalı, bir hadisənin sonrasını gözləməli, əsas nəticə olanda, qəti qərar çıxarmalı, tələsməməlidir.
Düzdür, biz çox vaxt atalar sözlərinə əməl eləməsək də, amma bu atalar sözünə əməl eləmişik. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyətə başlayandan  bu məşhur məsəli  öz-özümüzə  çəkirik.  Görünür, bu dəfə də  “Cücəni payızda sayarlar” məsəlinə sadiq qalıb gözləməli olacağıq. Gözləməkdən, səbrli olmaqdan başqa yolumuz yoxdur.

Sözümün canı ondadır ki, iyun ayının 19 - da Ermənistan  və Qondarma Dağlıq Qarabağ Təhlükəsizlık şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan həmişə olduğu kimi sərsəmlədi. Dağlıq Qarabağ probleminin həll olunmamasında Azərbaycanı günahlandırdı. Danışıqların dalana dirənməsində iki səbəbin olduğunu önə çəkdi: 1-ci Azərbaycanın birbaşa Qarabağ seperatçı rejimlə danışıqlardan imtina etməsi. 2- ci isə münaqişənin mərhələli yolla həllində israrlı olması.
Azərbaycan münaqişənin dinc yolla həllinə inanıb və uzun illər gözləməklə  güzəştə gedib. Amma artıq hər kəsə məlumdur ki, Dağlıq Qarabağ probleminin həllində heç bir irəliləyiş yoxdur, aparılan danışıqlar nəticəsiz qalıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi olaraq bildirdi ki, münaqişənin tənzimlənməsi “Madrid prinsipləri”nə əsaslanmalıdır. Ancaq münaqişənin  mərhələli şəkildə həllinə Ermənistan razılaşmır. Bu prinsiplərin həlli ilk növbədə Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayonun azad olunmasıdır. 

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov son mühasibələrində aprel döyüşləri zamanı Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun ona telefon  edib döyüşü dayandırmağı xahiş etdiyini bir daha xatırlatdı. Onsuz da detallarına qədər dəqiq bilməsək də aprel döyüşlərinin dayanmasını  Rusiya  tərəfindən edildiyini bilirdik. Zakir Həsənovun dörd ildən sonrakı aşıqlamasından belə çıxdı ki, döyüşləri Sergey Şoyqunun xahişiylə dayandırıb. Çox təəssüf. Azərbaycanın  Sergey Şoyqudan nə asılacağı var imiş?  Ən azından iki rayonumuza azad etmək lazım idi. Aprel döyüşləri Azərbaycan ordusunun şanli qələbəsi o vaxt olardı ki, bir neçə rayonumuz işğalçılardan azad olardı. Bilmirəm döyüşün dayandırılmasının müqabilində Sergey Şoyqu nə vəd eləyib? Amma  bir həqiqət var, nə Sergey Lavrov, nə Sergey Şoyqu səmimi deyillər - bunların örkəninin üstünə odun yığmaq olmaz, çünki bunlar etibarsız, bel bağlanılmaz adamlardır. Aprel döyüşlərindən 4 ildən çox vaxt ötür, bəs Sergey Şoyqu niyə vədinə əməl eləmir?  Rusiya istəsə, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı.

Bu yaxınlarda  KİV-lərdə diqqətimi çəkən bir faktı nəzərinizə çatdırıram. Sabiq Ermənistan prezidenti Robert Koçaryan “Həyat və azadlıq” adlı xatirələr kitabında Kəlbəcərin işğal edilməsindən yazıb. O yazır ki, erməni hərbi birləşmələri 1993-cü ilin aprel ayında Kəlbəcəri işğal etdikdən sonra Ermənistanın o vaxtki prezidenti Levon Ter-Petrosyan Qarabağa gəldi. Erməni hərbi birləşmələrini təcili Kəlbəcərdən çıxarmağı tapşırdı, ölkəni bundan sonra faciəli günlər gözlədiyini, Ermənistanın işğalçı dövlət kimi təqdim edəcəklərini, dünya ictimaiyyəti və digər qurumlar tərəfindən qınağa keçəcəyini, beynəlxalq təşkilatlar tərəfindən də sərt etirazla qarşılanacağını bildirdi. Robert Koçaryan isə Levon Ter-Petrosyana söz verməsinə baxmayaraq, Ağdama hücum əmrini verib. Beləliklə də Kəlbəcərin işğalı ikinci plana keçib. Nəticə isə göz qabağındadır.

Avropada yaşayan tanınmış publisist Vahid Qazinin həmin kitabdan tərcümə və nəşr elətdirdiyi bir hissəni nəzərinizə çatdırıram.

“... Ağdamı Kəlbəcərə görə tutduq, başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. (qeyd: BMT-nin 822 saylı qətnaməsi Kəlbəcərin işğalından sonra verilib, 30 aprel 1993-cü il) Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi. Neçə dəfə Rusiyadan, Ermənistandan zənglər gəldi ki, Kəlbəcəri qaytarın. Ter-Petrosyan və Yeltsin bizdən Kəlbəcərin qayrarılmasını tələb edirdilər. Bununla bağlı Gorusda görüşümüz oldu. Orada konkret razılığa gələ bilmədik. Sonra Ter-Petrosyan Stepanakertə gəldi, bizim Parlamentin iclasında iştirak etdi və Kəlbəcəri təcili qaytarmağımızı tələb etdi. Biz ona dedik, bir şərtlə qaytara bilərik ki, oradakı silah-sursatı götürək və Kəlbəcərlə Mardakert arasında ciddi mühafizə xətti yaradaq. Bunun üçün bizə vaxt lazım idi. Ter-Petrosyan razı oldu. Bizi dalana dirəmişdilər.
Həmin dövrdə Mardakertə tam nəzarəti ələ keçirdikdən sonra qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, çünki oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək. Bizə isə nə olursa olsun, Kəlbəcəri saxlamaq lazım idi.

Müəllif yazır ki, Ağdama hücum edəcəyimiz haqda Ermənistan hökumətinin xəbəri yox idi. Əməliyyat iyulun ortaları başladı. Ağdamın mərkəzinə girib orada yerləşən Azərbaycanın hərbi qərargahı ilə kəllə-kəlləyə gəlmək fikrimiz yox idi. Ona görə şəhəri boşaltmaq üçün manevr etdik. Əvvəl şəhəri cənubdan və şimaldan əhatə edib xəbər göndərdik ki, bu günlərdə hücuma hazırlaşırıq. Əhali panikaya düşüb şəhəri tərk etməyə başlamışdı. Şəhərin ətrafında xırda atışmalarımız olurdu və 23 iyul tarixində biz Ağdama daxil olduq”.
      
Bu fakt bir daha özlərini dünyaya yazıq, məzlum, soyqırıma məruz qalmış xalq kimi təqdim edən, əslində  isə bic və qantökən millət olan ermənilərin İkiüzlü, sırtıq,  yalançı, oğru və həyasız  olmasının sübutudur.

Kaş Zakir Həsənov  o vaxt Sergey Şoyquya söz verib, əslində isə Ağdamı və Ağdərəni tutmaq əmri verəydi. Bir iki günə bu məsələ həll olunardı. Elə olsaydı, nə Paşinyan Qarabağda yallı getməz, Kəlbəcərdə erməni əsgərlərinə ev paylamaz, nə arvadı Anna Akopyan Şuşada əlinə silah götürüb son damla qanına qədər azərbaycanlılara qarşı vuruşacağını deməzdi.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İyunun 24-də Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvada getdi. Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda  iştirak elədi. Paradda Azərbaycan Ordusunun 75 hərbi qulluqçuları  Azərbaycan istehsalı olan silahlarla təntənəli şəkildə Qızıl meydandan keçdilər. Rus hərbiçilərindən sonra bizim hərbişilərimizin keçməsi məni qürürlandırdı. Güclü ordumuzun olmasına inamımı artırdı. Amma burda özüm özümə bir sual verirəm, görəsən güclü ordusu olan dövlətin torpaqları niyə işğal altında qalmalıdır? Axı, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Haqq bizim tərəfimizdədir. Bəs onda nəyi gözləyirik? Zaman bizim xeyrimizəmi işləyir?
 
Artıq göz qabağındadır ki,Dağlıq Qarabağ probleminin həlli  danışıqlar yolu ilə həll oluna bilməz.  Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin dinc vasitələrlə nizama salınması mümkün deyil. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, bir də dünyada hökm sürən ikili standartlar, dünya birliyinin ayrı-seçkiliyidir. Bu səbəblər  ucbatından bu münaqişə uzun illərdir ki, həllini tapa bilmir 

Başda Ali Baş komandan İlham Əliyev olmaqla, biz hamımız  riyakar və saxta erməni siyasətinə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etməyimizin zamanı çatıb.

Hər birimizin ürəyində qələbə arzusu var, işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu var. Bu arzularımızı gözümüzdə qoymayın. Mən inanıram ki,  qüdrətli ordumuz, mərdliyinə, cəsarətinə, qeyrətinə güvəndiyimiz, zabit və əsgərlərimiz  bizi bu bəladan xilas edəcək. Xalqımızı bizi həsrətini çəkdiyimiz Qarabağımıza, doğma yurdlarımıza qovuşduracaqdır.

Mənim “Sənə əhsən deyirəm, Azərbaycan əsgəri” şeirimdə dediyim kimi:

...Qanla doyan torpaqda çiçək becər, gül becər,
Sən qələbə qazansan dərdimiz itər, keçər,
Gözü yolda qalıbdı, Şuşa, Laçın, Kəlbəcər.
Dəlidağın başından bir müjdə göndər bəri
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!

Dünya heyrət içində bizi heyrətdən qurtar
Bu bəladan, bu dərddən, ağır zillətdən qurtar,
Azərbaycan əsgəri, bizi töhmətdən qurtar,
Tariximə həkk elə qələbəni, zəfəri,
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!

Nəsib Nəbioğlu, 
Moskvada yaşayan şair, AYB Moskva Bölümünün rəhbəri
Moskva, 26.06,2020MODERATOR.AZ



Ana səhifəyə qayıt        Baxış: 3 391          Tarix: 27-06-2020, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma