Xəbər lenti


Mütəxəssislər cari ilin sonlarına qədər koronavirusa yoluxan insanlara kömək edəcək yeni effektiv preparatlar hazırlaya bilər. Bu, infeksiyanın yayılması ilə mübarizəni yüngülləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri “Microsoft” kompaniyasının banisi Bill Qeyts CNN telekanalına müsahibəsində səsləndirib.

Milyarder mütəxəssislərin 2021-ci ilə qədər yoluxmaların müəyyən olunması üsullarını təkmilləşdirəcəyini güman edir.

Onun sözlərinə görə, COVID-19 infeksiyasına yoluxanlara kömək edəcək preparatların hazırlanmasından vaksin qədər bəhs edilməsə də, o daha perspektivli istiqamətdir.
Bil Qeytsin fikrincə, vaksindən istifadə 2021-ci ilin sonuna qədər “varlı ölkələrdə” koronavirusun sürətli yayılmasını dayandıracaq, bundan on ay sonra isə bütün dünyada vəziyyəti nəzarət altına almaq mümkün olacaq.

Qeyd edək ki, Bill Qeyts və həyat yoldaşı Melindanın rəhbərlik etdiyi xeyriyyə fondu artıq koronavirus infeksiyası ilə mübarizəyə 300 milyon dollar vəsait ayırıb.



Ana səhifəyə qayıt        Baxış: 2 789          Tarix: 24-07-2020, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma