Xəbər lenti

"Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatları (PUA) 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub". “Report” xəbər verir ki, məlumatı Türkiyənin “TRTHaber” televiziyası yayıb.

Telekanal 44 günlük Vətən müharibəsində qardaş ölkənin istehsalı olan PUA-ların rolu haqqında süjet hazırlayıb.

Qeyd olunub ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir: "Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını dəyişdirib".

Bildirilib ki, PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.

"PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib", - məlumatda qeyd edilib.


Ana səhifəyə qayıt        Baxış: 3 902          Tarix: 8-11-2021, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma