Xəbər lenti
Azərbaycan ordusunun 44 günlük müharibədə işğal altındakı torpaqlarımızı azad edərkən ortaya qoyduğu 5-ci nəsil müharibə təcrübəsi aylar keçsə də hələ dünyanın aparıcı KİV-lərində müzakirə edilməkdədir.

Virtualaz.org xatırladır ki, ordumuz bu müharibədə bir çox müasir və yüksək dəqiqlikli silahlar, o cümlədən pilotsuz döyüş və kəşfiyyat aparatlarının geniş çeşidini tətbiq etməklə yanaşı hücum əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsində də dünyanın aparıcı ordularını belə heyrətləndirən döyüş təcrübəsi ortaya qoydu.

Müharibədə Türkiyədən alınan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin tətbiqi isə bir çox xarici ekspertlər tərəfindən Azərbaycan ordusunun qələbəsini şərtləndirən amillərdən biri kimi dəyərləndirilir.

“Newsweek” jurnalının məqaləsində bu haqda bəhs edilir və bildirilir ki, Dağlıq Qarabağda dronların tətbiqi gələcəyi müəyyənləşdirdi və bu txnologiyanın potensialının nə dərəcədə böyük olduğunu bir daha ortaya qoydu. Jurnal narahatlıq ifadə edərək yazır ki, dronların Qarabağ müharibəsində oynadığı rol Yaxın Şərqdə yeni silahlanma yarışı başlada bilər.

Bildirilir ki, Qarabağda dronların, o cümlədən Türkiyə PUA-larının texnoloji gücünün daha əvvəl görünməmiş müharibə taktikaları ilə birləşdirilməsi hərbi əməliyyatların gedişatını dəyişdirib. Jurnal yazır ki, ABŞ-da yeni hakimiyyətə gələn Cozef Bayden administrasiyası dronlara qarşı texnologiyalara investisiya qoymaq məcburiyyətindədir.



Ana səhifəyə qayıt        Baxış: 3 148          Tarix: 29-01-2021, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma