Xəbər lenti

“Rusiya nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına imkan verməyəcək, İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətə böhtan atmaq cəhdlərini qəbul etməyəcək”.

“Report” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.

“Biz azad edən əsgərlərin xatirəsinə ucaldılan abidələrin təhqir olunmasına, nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına yol verməyəcəyik. Bu cür hərəkətlər beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradır”, - deyə, o əlavə edib.

Onun sözlərinə görə, Moskva Holokost qurbanlarının, nasist Almaniyası və onun əlbirlərinin digər cinayətləri haqqında həqiqətlərin üzə çıxarılmasını prinsipial vacib hesab edir. Qeyd edək ki, hazırda Ermənistan nasizmi qəhrəmanlaşdırıır. Belə ki, ölkədə 22 faşist abidəsi mövcuddur və onların hamısı Qaregin Njdeyə həsr edilib. Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Q.Njde və Drastamat Kanayan bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılıb, onlara həsr olunmuş memorial abidələr, heykəllər küçələr və meydanlar mövcuddur.

 Njde hələ 1934-cü ildə alman faşistləri ilə təmas yaratmaq üçün Hitlerə müraciət etmişdi. İkinci Dünya müharibəsi başlayandan sonra Njdenin və digər erməni generalının - Dro ləqəbli Drastamat Kanayanın faşistlərlə əməkdaşlığı sıxlaşır. Onların rəhbərlik etdikləri erməni legionu alman faşistlərinin işğal etdikləri ərazilərdə törədilən qırğınlarda fəal iştirak edib.

Tarixi faktlar sübut edir ki, erməni faşistləri Ukrayna və Polşada, hitlerçilərin əsir düşərgələrində on minlərlə adamı qətlə yetirmiş, yəhudilərə və nasist ideologiyasının hədəf götürdüyü digər millətlərin nümayəndələrinə qarşı dəhşətli cinayətlər törətmişlər. Erməni legionunun özünün hesabatında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin öldürüldüyü təsdiqlənir.

 Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə Yerevan şəhərində həmin zaman prezident olan Serj Sarkisyan və digər Ermənistan rəsmilərinin iştirakı ilə heykəl ucaldılıb. 

Xatırladaq ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar bu gün də ABŞ-da fəaldırlar. Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı ABŞ Konqresində hazırda əsas erməni lobbi təşkilatıdır.



Ana səhifəyə qayıt        Baxış: 3 090          Tarix: 20-01-2022, 21:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma