Erməni diasporu tərəfindən Njdenin qəhrəman kimi tanınması və onun açıq nasizm ideologiyasının əbədiləşdirilməsi, ona heykəl və digər abidələrin qoyulması tək Ermənistanda deyil, həm də Rusiyanın Armavir və Bolqarıstanın Pliska şəhərlərində qeydə alınıb.
Bu sözləri rusiyalı tarixçi, analitik və qafqazşünas Oleq Kuznetsov bu gün “Ermənistan: nasizmin icazə verildiyi ölkə” üzrə mətbuat konfransının üçüncü sessiyasında çıxışı zamanı deyib.
Tarixçinin sözlərinə görə, hətta Bolqarıstanda qoyulan abidədə Njde 1912-ci il Birinci Balkan müharibəsi qəhrəmanı kimi təqdim edilir: “Bu ona görə mümkün olub ki, sözügedən xalqlar və dövlətlər Njdenin nasist fəaliyyəti haqda məlumatsızdır. Adolf Hitler, Herman Gerinq və onlar kimi bir çox Üçüncü Reyxin nümayəndələri Birinci Dünya Müharibəsinin qəhrəmanları idi. Lakin bu onların İkinci Dünya müharibəsinin cinayətkarları kimi Nürnberq Məhkəməsində mühakimə olunmalarının qarşısını almadı.
Tarixçinin sözlərinə görə, Njde 1940-cı ilin martında Reyx Təhlükəsizliyinin Baş İdarəsinin nümayəndəsinin müraciət etdiyi Avropanın erməni diasporunun ilk nümayəndəsidir: “O, həm öz, həm də “Rasistlər” təşkilatının adından bu təklifi nəinki böyük bir sevinclə qəbul edib, həm də Daşnaksütyun Partiyasına tövsiyə məktubları da yazıb”. \\axar.az
Paylaş: