Xəbər lenti

Nüvə silahlarının ləğv edilməsi üzrə beynəlxalq təşkilatın (ICAN) analitiklərinə görə, Şimali Koreya təkcə 2021-ci ildə nüvə proqramına dəqiqədə 1221 dollar, ümumilikdə 642 milyon dollar xərcləyib.

ICAN-ın "2021 Qlobal nüvə silahı xərcləri" adlı hesabatında ABŞ, Çin və Rusiya da daxil olmaqla ən böyük hərbi büdcəyə malik ölkələrin silahlara ayrdığı xərcləri hesablayıb. Burada dövlətlərin silah tədarükü, lobbiçilik üçün bağlanmış müqavilələr haqqında məlumatlar da ümumiləşdirilib.

ICAN Şimali Koreyanın 20 hazır nüvə başlıqlı raketə malik olduğun güman edir. Bundan başqa, rəsmi Pxenyanın yerdən və sualtı qayıqlardan buraxıla biləcək nüvə gücünə malik raketlər hazırladığı məlum olub. 2020-ci ildə Cənubi Koreya Şimali Koreyanın ümumi milli gəlirini (ÜDM) 35 trilyon Şimali Koreya vonu səviyyəsində qiymətləndirib. Şimali Koreyanın hərbi xərclərini dəqiq müəyyən etmək mümkün deyil, lakin Cənubi Koreyalı analitikləri hələ 10 il əvvəl şimal qonşusunun ÜDM-nin təxminən üçdə birini, yəni 8,7 milyard dolları silahlı qüvvələrinə xərclədiyini müəyyənləşdirmişdilər.

ICAN analitiklərinin fikrincə, 2020-ci ildə Kim rejimi ölkə ÜDM-nin 35%-ni ordunun xərclərinə ayırıb ki, bu da təxminən13,4 milyard ABŞ dollarına bərabərdir.

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 488          Tarix: 15-06-2022, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma