Xəbər lenti

"Ölkəmizin nüvə potensialını artırmaq üçün mümkün qədər tez addımlar atmağa davam edəcəyik".

 "qafqazinfo" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Şimali Koreya Silahlı Qüvvələrinin yaranmasının 90-cı ildönümü münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Kim Çen In Şimali Koreyanın "düşmən qüvvələr" tərəfindən təhdid ediləcəyi təqdirdə, "önləyici müharibə" çərçivəsində nüvə silahından istifadə edəcəyini bildirib.

Şimali Koreya liderinin bu sözləri onun rəqibləri, xüsusilə ABŞ, Cənubi Koreya və Yaponiyaya qarşı hədə-qorxu kimi qiymətləndirilib.



Ana səhifəyə qayıt        Baxış: 3 943          Tarix: 2-05-2022, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma