İsrailli general, keçmiş Mossad agenti Saqi Çori “kürd dövləti” layihəsini özlərinin hazırladığını deyib.
Axar.az xəbər verir ki, o, bu barədə 2010-cu ildə İsraildə dərc olunan dərgiyə müsahibəsində deyib. 1960-cı illərdən etibarən Mossadın Şimali İraqda Bərzaniyə dəstək verdiyini deyən israilli general Kürd Muxtariyyətinin lideri ilə görüşü haqda danışıb:
“Bərzaninin döyüşçülərini yetişdirmək üçün onları İsrailə mən aparmışam. Kürdlərə döyüşməyi mən öyrətmişəm. O vaxt Bərzaninin xüsusi qruplaşmasına hərbi təlimlər keçirdim, onlara savaşmağı öyrədirdim. Demək olar ki, Bərzanini biz yetişdirdik, hazırladıq. Onunla hər gün görüşürdüm. Mossad məni İraqa qarşı savaşda kürdlərə kömək etmək, daha yaxşı savaşmağı öyrətmək üçün oraya göndərmişdi. Bərzani çox ağıllı, nadir insan idi. O, İraq ordusuna qarşı döyüşdə çox uğurlu əməliyyat planları hazırlayırdı”.
Qeyd edək ki, İsrail istisna olmaqla, bütün dövlətlər Kürd Muxtariyyətinin müstəqilliklə bağlı keçirdiyi referenduma qarşıdır.
Paylaş: