Xəbər lenti

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirəcəyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən  verilən məlumata görə, Romada keçiriləcək tədbirdə Avropada və Qərbi Balkanlarda terror təhlükələri, beynəlxalq terrorizmə qarşı mübarizə, Liviyada vəziyyət, bu ölkədə yeni müdafiə sistemlərinin qurulması, İŞİD ilə mübarizədə İtaliyanın rolu, İraqın gələcəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatı müzakirələrdə iştirak edəcək, fikirlərini bildirəcək.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 919          Tarix: 21-11-2017, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma