Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir.
Layihələr Milli Məclisin daha 5 komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edir. Komitələrin birgə iclası Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrliyi ilə keçirilir.
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri bu gün başa çatacaq. Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. (modern.az)
Paylaş: