Xəbər lenti

Noyabrın 29-da Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 29-11-2017, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma