Xəbər lenti
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, bu gün Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub. Səfər aprelin 14-dək davam edəcək.



Ana səhifəyə qayıt        Baxış: 1 063          Tarix: 11-04-2017, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma