"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".
Bunu ABŞ dövlət katibi Reks Tillerson ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.
Dövlət katibi Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşlərin ardından danışıqların intensivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılmasına istiqamətlənmiş öhdəliklər götürməsindən məmnunluğunu dilə gətirib.
"Yalnız siyasi iradə ilə substantiv irəliləyişə nail olmaq mükündür. Bu baxımdan, bu istiqamətdə prosesləri sürətləndirmək barədə dünən verilən qərarı alqışlayırıq", - R. Tillerson bildirib.
Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.//Report
Paylaş: