Xəbər lenti

                                            

Dekabrın 8-də Bişkekdəki “Ala-Arça” hökumət iqamətgahında Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci plenar sessiyası öz işinə başlayıb.

Sessiyada Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, həmçinin Özbəkistan və Macarıstanın parlament nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

Tədbirdə ölkəmizi Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edib. Tədbirlərdə ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov iştirak edib.

Milli Məclisin Sədri Oqtay Əsədov tədbirdə çıxış edərək, TürkPA-nın əhəmiyyətindən, Azərbaycanda reallaşdırılan nəhəng iqtisadi layihələrdən danışıb.

Sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Sessiyada gündəlikdə duran məsələlər müzakirə olunub, qurumun komissiyalarının hesabat məruzələri dinlənilib.

Tədbirdə TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Təşkilatın növbəti iclası gələn ilin noyabrında Türkiyədə keçiriləcək.//APA




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 9-12-2017, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma