Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin Bakıda olması və ən yüksək səviyyədə görüşlər keçirməsi xəbəri Ermənistanla informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.
“Roqozin Feysbuk səhifəsində Bakıda olduğunu və Azərbaycan prezidenti ilə görüşdüyünü yazıb. O, Bakıya səfərinin işgüzar xarakter daşıdığını bildirib. Roqozin Rusiyada hərbi-sənaye kompleksinə cavabdehdir. Böyük ehtimalla, Bakıda söhbət yenə silah satışı ilə bağlı olub. İndi ermənilər Roqozinin Bakıya səfəri və bu haqda rəsmi xəbərlərin yayılmamasının səbəbləri üstündə baş sındırırlar”, - siyasi şərhçi vurğulayıb.
Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Feysbuk səhifəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü bildirib. “Bakı. Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşünün yekunları üzrə Azərbaycan Prezidenti ilə danışıqlar”, - D.Roqozin qeyd edib.
Paylaş: