Xəbər lenti

Putin kəşfiyyat qrupunu göndərdi - TƏMİZLƏMƏ BAŞLADI

Rusiya prezidenti Vladimir Putin Donbasa Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabitlər qrupunu göndərib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda feysbuk səhifəsində Ali Radanın üzvü, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib.

Deputat qeyd edib ki, qrupda Rusiya “LXR” və “DXR”də ciddi təmizləmələri planlaşdırır.

“Donbasa Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrindən (20 insana qədər) ibarət qrup gəlib. Onların əsasını Federal Təhlükəsizlik Xidmətinin kadr zabitləri təşkil edir. İnformasiyaya əsasən, “”LXR” və “DXR”in inzibati strukturlarında “kadr təmizləmələri”nin həyata keçirilməsi qrupun əsas vəzifəsidir”, - Tımçuk yazıb.




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 3-11-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma