Xəbər lenti

“Prinsip etibarı ilə əfvin Novruz Bayramında, Amnistiya aktının isə Cümhuriyyətin 100 illiyi ilə bağlı olacağı gözlənilir. Əslində belə də olmalıdır. Lakin təbii ki, burada beynəlxalq təşkilatlarda bu və ya digər adlarla tanınan, o cümlədən siyasi, vicdan və müxtəlif adlarla, haqlı-haqsız sayılan şəxslərin azadlığa çıxması lazımdır.

Bu sözləri deputat Fazil Mustafa gözlənilən əfv fərmanı ilə bağlı fikirlərini musavat.com-a açıqlayarkən deyib.

Deputatın sözlərinə görə, ölkəyə bu adlarla təzyiqlərin göstərilməsinin bir mənası yoxdur: “Sanki hakimiyyətdə oturub düşünürlər ki, o adamları məqsədyönlü məşhurlaşdıraq. Elə adamlar var ki, məhbəsdən çıxdıqdan sonra varlıqları bilinmir. Onların cəmiyyətə verdiyi söz, mesajlardan əsər-əlamət qalmır. Amma həbsxanalarda həmin insanlar böyük hay-küy, çığır bağır salaraq obraz yaradırlar. Bütün bunlardan qurtulmaq lazımdır, süni şəkildə onları şişirtməyin nə mənası var? Qoy buraxılsınlar, azadlıqda öz fikirlərini bildirsinlər.

F. Mustafa qeyd edib ki, bu baxımdan bu addım atılmalı, qəti şəkildə bu motivlə həbsdə heç kim qalmamalıdır: “Bununla da məsələnin normal hüquqi məcrada çözülməsi, problemlərin həll olunması cəmiyyətdə həm də vətəndaş uzlaşmasına, həmrəyliyinə  fayda verə bilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 26-02-2018, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma