Xəbər lenti

""İslam qorxusu və müsəlman qoxusu" adlı kitabım nəhayət ki, çapdan çıxdı. 248 səhifəlik bu kitabda İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələr yer alır".

Strateq.az xəbər verir ki, bu sözləri kitabın müəllifi, BQP başqanı, deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulmuş, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilib: "Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır. Bu, indiyədək çap olunan 20-ci kitabımızdır. Kitab düşünən və anlayan oxucular üçün nəzərdə tutulmuşdur. İnsanlarımızın aydınlanmasına faydalı olacağına ümid edirəm".




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 18-01-2018, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma