Xəbər lenti

"Azərbaycanda fəaliyyətim müddətində ən yadda qalan məsələ əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi olub".

APA-nın məlumatəna görə, bu sözləri ABŞ-ın yaxın günlərdə Azərbaycanı tərk edəcək Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, diplomatik sahədə həmişə nə qədər iş görülsə də, daha çox işə imkan var: "Hər iki xalqın bir-birini daha yaxşı anlaması və daha yaxşı əməkdaşlıq etməsini görmək mümkündür. Mənim hər bir ailə üzvüm  Azərbaycanı sevib, bağlanıb. Biz mütləq Azərbaycana başqa qisimdə gələcəyik. Üç ildə ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs kimi, bu münasibətlərin inkişafı məni yaxından maraqlandırır".

Səfir gələcək planlarının nə olacağı ilə bağlı suala da cavab verib: "Görüləsi işlər çoxdur. Baxıb, götür qoy edib, hansı işlərlə məşğul olmaq mümkündürsə, onunla məşğul olacağam".

 




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 26-03-2018, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma