“Neftin həcmi azalır, qaz sərvəti elə də böyük deyil. Məncə, növbəti illər ərzində Azərbaycanla Qərbin münasibətlərin yenidən balanslaşdırıla bilər”.
Strateq.az bildirir ki, bu sözləri “Karnegi” fondunun əməkdaşı, tanınmış analitik Tomas de Val “Euronews”a Azərbaycandakı seçkilərdən sonra xaric münasibətlərinin perspektivini şərh edərkən deyib.
Ekspertin fikrincə, Azərbaycan enerjisinə ehtiyac duyan Qərb Azərbaycana bəzi sərt suallar da verə bilər.
De Valın sözlərinə görə, Avropa Birliyi üçün regionda prioritet ölkələr Gürcüstan və Ukraynadır: “Təəssüf ki, Azərbaycan AB-nin daha böyük xarici siyasət söhbətinin bir hissəsi deyil”.
Azərbaycanın enerji ehtiyatları və strateji mövqeyi onun Avropadan ötrü Rusiyadan gələn neft-qaza alternativə çevrilməsi deməkdir. Ancaq ekspertlərin fikrincə, bu ölkə AB-nin xarici siyasət siyahısının başında gəlmir.
Paylaş: