"Azərbaycan ilə ikitərəfli münasibətlərdə çox böyük nailiyyətlər əldə etmişik. Biz nümunəvi qonşuluq və əməkdaşlıq edirik".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazirinin müavini Mixeil Canelidze Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbirdə söyləyib.
Nazir bildirib ki, bizim əməkdaşlığımız təkcə bizim ölkələrimiz üçün deyil, bütövlükdə region üçün vacib və konkret əhəmiyyəti olan nəticələr verib.
"Biz ən vacib strateji vacib layihələri hazırladıq. Bu layihələr Avropa və Asiyanı birləşdirən, regiona tərəqqi gətirən layihələrdir, - deyə nazir müavini vurğulayıb.
Mixeil Canelidze deyib: "Gürcüstan və Azərbaycan regionun, eləcə də Avropa və Asiyanın populyarlığı üçün birgə səylər göstərirlər. Biz dostluğumuzun digər tərəfdaşlarımız üçün daha cəlbedici olması üçün daha böyük işlər görəcəyik".
Paylaş: