Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Toplantıda ictimai-ciyasi vəziyyət və bəzi təşkilatı məsələlər müzakirə olunub.
“Biz öz torpaqlarımızı hakimiyyətdə parçalanma, qarşıdurma olanda itirmişik. On gündür ki, Ermənistanda mitinqlər keçirilir və etirazçıların sayı durmadan artır. Hesab edirəm ki, işğalda olan torpaqlarımızın azad olunması üçün çox yaxşı bir məqamdır. İqtidar anti-terror əməliyyatına indi başlasa 9 may Şuşanın işğal günü yox, Qarabağın azad olunması günü kimi qeyd edə bilərik.” – ALDP sədri qeyd etdi.
Fuad Əliyev onu da vurğulayıb ki, bu gün Ermənistanda hakimiyyət xalqa keçib. Baxmayaraq ki, Sərkisyan hakimiyyəti əlində saxlamağa çalışır. Amma insanlar onun hakimiyyətinə qarşı çıxıb: “Qarabağ klanı Ermənistanda hakimiyyətin dəyişdirilməsinə cəhd göstərir. Sərkisyan Qarabağdakı hərbi texnikasını İrəvana çəkərək xalqa qarşı güc tətbiq edir. Mənə elə gəlir ki, xalq-hakimiyyət qarşıdurmasından və Ermənistandakı daxili böhrandan istifadə etməyin vaxtıdır”.
Daha sonra bəzi təşkilatı məsələlər müzakirə olunub.
strateq.az
Paylaş: