Xəbər lenti
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
19-11-2024, 23:00
Hakim Respublikaçılar Partiyasının görünməmiş saxtakarlıqla qələbə əldə etməsi Ermənistanın hələ də diktatura məngənəsindən qurtula bilmədiyindən xəbər verir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Sərkisyanın rəhbərlik etdiyi dəstə hakimiyyət üçün saxtakarlığa getməyə məcburdur:
“Bu, özünəməxsus toxunulmazlıq zəmanətidir. Sərkisyan və ətrafında olan səhra komandirləri hakimiyyətdən getsələr, onda törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar. Cinayətkarlar təkcə Azərbaycanda insanlığa qarşı vəhşiliklər törətməyiblər, onlar həm də Ermənistanda siyasi qətllərdə, parlamenti gülləbaran etməkdə, dinc nümayişçilərin öldürülməsində iştirak ediblər. Buna görə də Sərkisyan sona qədər hakimiyyət uğrunda mübarizə aparacaq ki, gecələr rahat yatsın. Əks təqdirdə, o, həbs olunmalı və cinayətlərinə görə cavab verməlidir. Bu seçkilərin nəticələri Ermənistanda heç nəyi dəyişməyəcək”.
Politoloq bildirib ki, Qarabağ problemi çərçivəsində də elə bir irəliləyiş olmayacaq:
“Çünki Qarabağ dəstəsi erməni qoşunlarını Azərbaycan torpaqlarından çıxarmaqdan əvvəlkitək boyun qaçıracaq. Çarukyan və Yelk blokunun digər sivil siyasi təşkilatları üstələməsi göstərdi ki, rəsmi İrəvan pərdəarxası saxta təşkilatlarla koalisiya yaratmaqla idarəçilik alətlərini əldən verməməyə çalışır. Lakin bu minvalla ölkədə həyat tərzi düzələn deyil. Odur ki, digər partiyaların bir çıxış yolu qalır – geniş koalisiya yaradıb hakimiyyətə yiyələnmiş Sərkisyana güc gəlmək”.
Politoloq bildirib ki, əgər Levon Ter-Petrosyan və onun müttəfiqləri hakimiyyətə gələ bilsələr, onda Qarabağ məsələsində də kompromislər ruhu formalaşa bilər:
“Əgər Sərkisyan bundan sonra da Qarabağdan qoşunlarını çıxarmasa, onda Azərbaycanın gücü ilə üz-üzə qalacaq. Hərbi məğlubiyyət isə dərhal Ermənistan siyasi hakimiyyətini iflasa uğradacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar