Xəbər lenti

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf tarixi və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Həmçinin, regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir Məmmədyarov Azərbaycanın enerji strategiyası, TANAP/TAP layihələrinin icrası və Avropanın enerji təhlükəsizliyində rolu, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilə əməkdaşlığı, ölkənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatında iştirakı və NATO üzv dövlətlərinə, o cümlədən ABŞ-a Əfqanıstan əməliyyatı üçün göstərilən tranzit və logistika dəstəyi barədə danışıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb.

strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 719          Tarix: 12-05-2018, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma