Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuen ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildiriblər, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd ediblər.

2017-ci ilin sentyabr ayında yeni formalaşmış Fransa hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini söyləyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirib.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci ilin 18 yanvar tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri ilə görüşəcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 17-01-2018, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma