Xəbər lenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyi açıqlanıb.

“Report” AŞPA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya iyunun 25-dən 29-dək Fransanın Strasburq şəhərində keçiriləcək.

Yay sessiyasında AŞPA-ya yeni prezident seçilməsi nəzərdə tutulub.

Bundan əlavə, iyunun 25-də AŞPA-nın Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Viorel Rikard Badea hesabatını təqdim edəcək.

Sessiyada həmçinin Sezar Florin Predanın əvəzinə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisinin seçilməsi ilə bağlı müzakirələr aparılacaq.

Eyni zamanda AŞPA deputatları miqrasiya, miqrasiya siyasəti, qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti və digər məsələləri müzakirə edəcəklər.

Sessiyada həmçinin Xorvatiya və Slovakiyanın baş nazirləri, habelə Lüksemburqun xarici işlər nazirlərinin çıxışı planlaşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 892          Tarix: 6-06-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma