Xəbər lenti

Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb.

Bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb. Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.

33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.(APA)

 




Ana səhifəyə qayıt        Baxış: 616          Tarix: 9-04-2018, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma