Xəbər lenti

Artur Priymak

Nezavisimaya gazeta, 18.07.2018

 

Azərbaycan paqonluları bu il iyulun 3-də Gəncə şəhərinin meri Elmar Vəliyevə sui-qəsd haqda iş üzrə istintaqın gedişində ölkənin şiə icmalarında ölkədə hakimiyyətin zorla devrilməsinə yönəlmiş sui-qəsd aşkarlayıblar. 10 iyulda böyüklüyünə görə ölkənin ikinci şəhərində kütləvi iğtişaşlar baş verib.

Azərbaycan DİN-in məlumatına görə, bıçaq və armaturla silahlanmış 200-ə yaxın dini radikal – əsasən şiələr – Gəncə meriyasının yanında qanunsuz etiraz mitinqinə toplaşıb. Mitinqin dağıdılmasının gedişində Gəncə polisinin iki rəhbəri – polkovnik və podpolkovnik həlak olub.

Gəncədə mitinq edən radikallar Elmar Vəliyevi qətlə yetirmək cəhdində ittiham edilən Yunis Səfərovun – Gəncədə doğulmuş Rusiya vətəndaşının həbsdən buraxılmasını tələb ediblər. Azərbaycanın hüquq mühafizəçilərinin məlumatına görə, Səfərov Azərbaycanda fəaliyyətdə olan hakimiyyəti İran tipli şiə teokratiyasıyla əvəzləmək qəsdilə devirmək meylini hələ məktəbin buraxılış siniflərində olarkən üzə verib. O, kamal attestatını Azərbaycan təmayüllü Moskva məktəbində alıb. Səfərov hüquqşünas diplomu alandan sonra Moskva məktəbində və Rusiya paytaxtı ali məktəblərindən birində dərs deyərkən ayətullah rejiminin təbliğatıyla məşğul olmağı davam etdirib. Orduda xidmət etməmiş sırf mülki adam Səfərov Suriyada Bəşər Əsəd rejimi tərəfində vuruşub. Azərbaycan DİN-in xəbər verdiyi kimi, gənc rusiyalı hüquqşünas ayətullahların iqamətgahının yerləşdiyi Qum İslam Universitetində – İran İslam Respublikasının dini paytaxtında təhsildən sonra Suriyaya müharibəyə yollanıb. Müstəntiqlər nəticə çıxarıblar: Suriyada şiəyönlü qüvvələr tərəfində müharibə təcrübəsi və Qumda təhsil Səfərovu Gəncə merini öldürməyə vadar edib. Vəliyevin qətlə yetirilməsi uğurlu olacağı halda Azərbaycan boyunca kütləvi divan və iğtişaşlar yuvarlanmalıydı, son hədəf isə 1979-cu il İran islam inqilabı tipli dövlət çevrilişi olmalıydı.

Hələ iyulun 3-də həbs edilmiş Səfərovdan savayı “şiə inqilabı haqda iş” üzrə saxlananların sayı altmışdan keçib. Paqonlular çərşənbə günü Səfərovun  yaxın qohumu Ceyhun Qurbanovu həbs ediblər. İyulun 10-da Gəncə meriyasının yaxınlığındakı qarışıqlıqların dörd təşkilatçısı həbs edilib. Ölkə DİN-in xəbər verdiyi kimi, onlardan biri – Alim Yusifov  Şəmkir rayon mərkəzindən kriminal avtoritetləri mitinqçilərin köməyinə çatdırıb. Azərbaycan KİV-ləri keçən bazar günü güc qurumlarına istinadən qiyamçı şiələrin Qumdakı rezidenti – İranda yaşayan gəncəli molla Tohid İbrahimbəylinin meydana çıxarıldığı haqda məlumat verib. İbrahimbəyli Suriyada döyüş hazırlığı keçmək məqsədilə Səfərovu ora müharibəyə göndərib. 1news.az Azərbaycan resursu yazır: “Müəyyən edilib ki, İbrahimbəyli 2013-2016-cı illərdə Azərbaycan vətəndaşlarını hərbi əməliyyatlara qatılmaq üçün İrandan Suriyaya göndərib. Bu şəxslər hərbi əməliyyatlarda iştiraka görə maddi mükafat alıblar. Azərbaycana qarşı müntəzəm şəkildə çıxış edən İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiələrin nur-az.com saytında Gəncənin başçısı Elmar Vəliyevi öldürməyə çağırıb”.

Azərbaycan paqonluları İbrahimbəylinin Gəncədə gizli antidövlət toplantıları keçirən və iyulun 10-da şəhərdə kütləvi iğtişaşlar təşkil edən şəbəkəsini zərərsizləşdiriblər. Şəbəkənin ləğvinin gedişində sui-qəsdçi mollanın rəhbərliyi altında Qumda islamı öyrənmiş və sonra Suriyada vuruşmuş yaxın qohumları Həbib İbrahimli, Pərviz Musayev və Elmir Ziyadov həbs olunub.

Tərcümə Strateq.az-ındır. 

 




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 18-07-2018, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma