Xəbər lenti

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

MSK-nın iclasında ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədi ilə 16 saylı Yasamal İkinci və 17 saylı Yasamal Üçüncü Seçki dairələri müəyyən edilib. Ölkə hüdudlarından kənarda yaradılan seçki məntəqələrində 13 min 820 nəfər səs verəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 10-03-2018, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma