"Gürcüstanda qısa vaxt ərzində çox şeyi dəyişmək lazımdır”.
Ovqat.com report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadzeötən gün keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.
O, hakimiyyətin cəmiyyətdən dəqiq mesaj aldığını bildirib: “Biz Gürcüstan cəmiyyətindən səhvlərimiz və konkret problemlərlə bağlı gözləntilər və insanları narahat edən problemlərlə bağlı dəqiq mesaj aldıq. Bu seçkilər göstərdi ki, ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır. Cəmiyyətin mesajı qəbul olunub və dərk edilib”.
M.Baxtadze vurğulayıb ki, prezident seçkilərinin ikinci turunda bütün tərəfdarların maksimal səfərbərliyi təmin ediləcək.
Qeyd edək ki, oktyabrın 28-də qonşu ölkədə baş tutmuş prezident seçkilərinin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Qonşu ölkədə dekabrın 2-dən gec olmayaraq prezident seçkilərinin ikinci turu keçiriləcək.
Paylaş: