Xəbər lenti

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib və həmin ərazidən Avropaya narkotik vasitələr daşınır”.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında çıxış edən baş nazirin müavini Əli Həsənov deyib. O vurğulayıb ki, ermənilər Azərbaycanın işğal altında olan ərazilərində narkotik maddələr yetişdirirlər: “Narkotik vasitələrin istehsalı və tranziti bazasının yaradılması, terrorçu qrupların formalaşdırılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi ilə təhlükənin miqyası daha da artırılıb. Bu işğalçı siyasət beynəlxalq normaları pozur”.

Ə.Həsənov SSRİ dövründə sərhədlərin yaxşı qorunduğunu da qeyd edib: “SSRİ dövründə Azərbaycan sərhədlərini rusiyalı sərhədçilər qoruyurdu. Etiraf edək ki, sərhədlər çox güclü qorunurdu. Oradan narkotik keçirmək mümkün deyildi. SSRİ dağıldıqdan sonra sərhədlər də dağıldı və bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratdı. Amma hazırda ölkə sərhədləri daha güclü qorunur”.

 




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 19-11-2018, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma