Xəbər lenti

 

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən verilən məlumata görə, Nursultan Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda deyilir: “Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Nazarbayev Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsinin bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 10-09-2019, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma