Xəbər lenti

 

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşdə Ləki-Qəbələ yolunun tikintisi barədə də məlumat alıb.

Prezidentlə C.Qurbanovun dialoqunu təqdim edir:

Cavid Qurbanov: Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.

Prezident İlham Əliyev: Amma hələlik torpaq işləri aparılır?

Cavid Qurbanov: Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.

Prezident İlham Əliyev: Nə vaxt hazır olacaq?

Cavid Qurbanov: Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.

Prezident İlham Əliyev: Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.

Cavid Qurbanov: Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır.

Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 480          Tarix: 13-11-2019, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma