“ABŞ Prezidenti Donald Trampın Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən gizli tətbiq edilən və Suriya ordusuna qarşı vuruşan müxalifətçilərə tədris və silah yardımı proqramını ləğv etmək qərarı Rusiya-ABŞ işbirliyi üçün bir fürsətdir”.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.
O, Trampın bu addımının iki ölkə arasında Suriyada terrora qarşı ortaq mübarizə mövzusunda dialoq qurulması üçün bir fürsət olduğunu deyib.
Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Artyom Kojin də rəsmi Moskvanın Yaxın Şərqdəki gərginliyi aradan qaldırmaq üçün atılacaq hər addımı dəstəklədiyini açqılayıb:
“Rusiya gərginliyi aradan qaldıran və Yaxın Şərqin təhlükəsizliyini gücləndirməyi hədəf seçən hər bir addımı məmnuniyyətlə dəstəkləyəcək”.
Paylaş: