Müasir dünya nizamı çoxqütblülük prinsiplərinə əsaslanmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsi zamanı bildirib.
“Böyük ölkələrin həmişə bu ölkələrdən kənarda öz maraqları olur. Hər ölkə özü üçün ən yaxşı şərtlərə nail olmaq, təsir dairəsini genişləndirmək istəyir. Bunda yeni bir şey yoxdur, uzun illərdir bunu müşahidə edirik, sadəcə, fərqli intensivlikdə. Ona görə də məsələ bunda deyil.
İlham Əliyevin sözlərinə görə, beynəlxalq hüquq normalarının gözlənilməməsi ağır nəticələrə səbəb ola bilər.
“Qaydaların olmaması və ya pozulması, əlbəttə ki, nəticələrə səbəb olar. Daha doğrusu, inam pozulur, ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Əksinə, bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə gətirib çıxarır”, - prezident bildirib.
Prezident qeyd edib ki, bu, həmçinin, bir çox ölkələr arasındakı münasibətlərdə gərginliyə də səbəb olur.
“Bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, həm beynəlxalq məsələrə, həm də iqtisadi problemlərlə əlaqəli məsələlərə aiddir. İnam sarsılır, proqnazlaşdırma qabiliyyəti sarsılır və biznes aparmaq çətinləşir”, - İlham Əliyev vurğulayıb.
Paylaş: