Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında parlament azlığını təmsil edən daha bir neçə şəxsin yeni vəzifələrə seçildiyi məlum olub.
Axar.az xəbər verir ki, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini seçilib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Mədəniyyət komitəsinin sədr müavini olub.
Vəhdət Partiyasının sədri Tahir Kərimli İnsan hüquqları komitəsinin, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev isə Aqrar siyasət komitəsinin sədr müavini seçilib.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli ötən gün vitse-spiker və komitə sədri seçilib.
Parlament azlığının Milli Məclisdə vəzifələrə seçilməsi Azərbaycanın müasir tarixində ilk hadisədir.
Paylaş: