Xəbər lenti


27 il öncə  - 1993-cü ilin bu günləri  ölkəmizdə  əksəriyyəti bu xəbər əsasında yaranan çarpaz suallar düşündürürdü: 

“Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərini tərk edərək naməlum istiqamətə yollanmışdır... 
Eks-prezidentin konkret olaraq Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getməsi  haqda xəbər isə bir neçə gün sonra rəsmiləşdi...

1992-1993-cü illərdə Prezidentin mətbuat katibi kimi çalışmış tanınmış jurnalist Arif Əliyev Moderator.az-a açıqlamasında  bəhs edilən günü belə xatırlayıb:


“İyunun 18-i səhər tezdən evdə idim. Gözlənilmədən zəng gəldi ki, Prezident Əbülfəz Elçibəy Bakını tərk edib. Təcili olaraq Prezident Aparatına yollandım. İş yerimə çatanda öyrəndim ki, artıq Elçibəyin Bakını tərk etməsi haqda rəsmi məlumat hazırlanıb və yayılıb.

Mən də Mətbuat Xidmətinin rəhbəri kimi  belə bir rəsmi informasiyanın mətbuat katibinin xəbəri olmadan hazırlanıb yayıldığına görə öz narazılığımı bildirdim.  Konkret olaraq həmin məlumatdakı bir neçə cümlə  məni qane etmirdi...”

“Sizə səhər tezdən kim zəng etdi? Həmin məlumatı kimlər hazırlayıb yaymışdı?” suallarına cavab olaraq keçmiş mətbuat katibi bunları dəqiq xatırlamadığını, amma ona zəngin, çox güman ki, Dövlət Katibliyindən(1 may 1993-cü ildən 7 iyul 1993-cü ilədək Dövlət katibi vəzifəsini rəsmən Əli Kərimli icra edib-S.L.)  gəldiyini bildirib. Və Prezident Aparatına çatanda bir neçə müşavirin və Dövlət katibliyi nümayəndələrini bir yerdə gördüyünü söyləyib. 

“Yayılmış xəbərdə düzəliş etməyə cəhd göstərmədiniz ki?” sualına isə Arif Əliyev  
“Xeyr. Çünki belə hallarda  rəsmi məlumatı dəyişdirmək və ya təkzib etmək daha böyük şübhələr, problemlər yaradardı...” – cavabını verib.

Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 2 995          Tarix: 19-06-2020, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma