Azərbaycan əsilli türkiyəli iş adamı, “Palmali” şirkətlər qrupunun başçısı Mübarizx Mənsimov öz tankerlərindən birini “Elçibəy” adlandırmaq niyyətindədir
PİA.AZ xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
M.Mənsimov qeyd edir ki, 20-ci əsr Azərbaycana üç böyük lider bəxş edib: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy.
Daha sonra o, Elçibəy haqqında yazır: “Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi”.
“Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin Əbülfəz Elçibəyin adını daşıyacaq”, - Mənsimov qeyd edib.
Bildirək ki, son zamanlar Mübariz Mənsimov sosial şəbəkələrdə fəaliyyətini artırıb və tez-tez Azərbaycan hökumətinə qarşı tənqidi fikirlər səsləndirir.
pia.az
Paylaş: