Xəbər lenti


Hurriyyet.org xəbər verir ki,  Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin İsrail ilə normallaşma razılaşmasına sərt etirazını bildirib.

Türkiyə XİN-in açıqlamasında deyilir: “BƏƏ ilə İsrail arasında münasibətlərin normallaşdırılması barəsində razılaşma Fələstin xalqının iradəsinə ziddir”.
Xəbər verildiyi kimi, İsrail ilə BƏƏ arasında münasibətlərin tam normallaşdırılması ilə əlaqədar müqavilə imzalanıb. ABŞ-ın da imzaladığı üçtərəfli bəyanatda deyilir ki, BƏƏ ilə razılaşmanın şərtinə görə, İsrail müvəqqəti olaraq İordan çayının qərb sahilindəki ərazilərdə suverenlik qərarını təxirə salacaqdır. Yaxın həftələrdə İsrail ilə BƏƏ arasında investisiya, turizm, birbaşa aviaxəbərləşmə, təhlükəsizlik, telekommunikasiya və digər sahələrdə bir sıra müqavilələr imzalanacaq.

Fələstin rəhbərliyi bu üçtərəfli anlaşmanı qətiyyətlə pislədiyini və qəbul eləmədiyini bildirib.
Türkiyə XİN-in açıqlamasında deyilir: “Biz, ABŞ, İsrail və BƏƏ-nin birgə bəyanaına qarşı Fələstin xalqının və rəhbərliyinin nümayiş etdirdiyi sərt mövqeyi dəstəkləyirik. 2002-ci ildə Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb Liqası Dövlətlərinin hazırladığı və İslam Əməkdaşlığı Təşkilatının dəstəklədiyi planın BƏƏ tərəfindən öz mənfeyi üçün birtərəfli şəkildə pozmaq cəhdi böyük narahatlıq doğurur”.

“Onsuz da ölü doğulmuş və heç bir hüquqi əsası olmayan ABŞ planı vasitəsilə gizli sövdələşmələr aparan BƏƏ Fələstinin iradəsini də yox hesab etməkdədir. BƏƏ rəhbərliyinin Gələstin xalqının və rəhbərliyinin iradəsinə zidd şəkildə Fələstin adından müzakirələr aparmaq və həyati əhəmiyyət daşıyan məsələlərdə Fələstinin əvəzinə güzəştə getmək səlahiyyəti yoxdur. Özünün dar mənfəəti naminə Fələstinin mübarizəsinə xəyanət edərkən bunu, Fələstin üçün fədakarlıq kimi təqdim eləməyə çalışan BƏƏ-nin bu riyakar davranışını tarix də, ragion xalqlarının vicdanı da unutmayacaq və əsla əfv etməyəcəkdir”.
1979-ci ildə Misirdən, 1994-cü ildə İordaniyadan sonra BƏƏ İsrail ilə normallaşma razılaşmasını imzalayan üçüncü ərəb ölkəsi olub.



Ana səhifəyə qayıt        Baxış: 2 833          Tarix: 14-08-2020, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma