Xəbər lenti
Rusiya son günlər Ukrayna ərazisinə, Donbasa tanklar göndərir. Habelə döyüş sursatları və yanacaq daşıyır.
Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin komanddanı, general-polkovnik Ruslan Xomyak yerli KİV-ə bildirib.

Qeyd edək ki, Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Donbas separatçıları Ukraynanın da eyni ssenari ilə hərəkət edib region üzərində nəzarətini bərpa etmək üçün müharibəyə başlaya biləcəyindən narajathat olublar. Bu narahatlıq üçün əsaslar da var-Ukrayna Türkiyədən “Bayraktar TB2” zərbə pilotsuz aparatları alıb və üstəlik onların birgə istehsalına dair razılaşma əldə edib. Habelə Ukrayna özü son illər bir sıra yüksək dəqiqlikli raketlər istehsal etməyə başlayıb. Qarabağdakı müharibədən dərhal sonra Ukrayna ordusunun generalları Azərbaycan ordusunun döyüş taktikasını öyrənməyə, təhlil etməyə başlayıblar və bu məqsədlə genişmiqyaslı hərbi təlimlər də keçiriblər.

General-polkovnik Ruslan Xomçak bildirib ki, dekarın 26-da Rusiyadan Donbasa azə  tankın daxil olduğunu ona məruzə ediblər. Habelə onun sözlərinə görə, Rusiya Donbasda müharibə aparmaq üçün pilotsuz uçan aparatlardan da istifad edir.
“2014-cü ildə müharibə başlayanda bizdə pilotsuz uçan aparatlar ümumiyyətlə yox idi, Rusiya ordusunda isə kifayət qədər idi. Məsələn, mənim iştirak etdiyim döyüşlərdə başımızın üstündə daim PUA-lar fırlanırdı. Onlar asılıb qalırdı, artilleriyanı yönləndirirdi, kəşfiyyat aparırdı və radioelektron maneə yaradırdı”,-general deyib.

Ukrayna ordusunun komandanı qeyd edib ki, pilotsuz aparatlar müxtəlif tipdə olur. Bura adi kvadrakopterlərdən tutmuş zərbə endirməyə imkan verən döyüş PUA-ları da daxildir. “Elə pilotsuz təyyarələr var ki, minlərlə kilometr uçur, özü ilə ciddi silah daşıyır və müəyyən vəzifələrini yerinə yetirir. Onların effektivliyini biz bu yaxınlarda Dağlıq Qarabağda gördük”,-general Xomyak deyib.



Ana səhifəyə qayıt        Baxış: 2 659          Tarix: 1-01-2021, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma