Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycan Ordusunun o cümlədən döyüş və kəşfiyyat dronlarının kütləvi tətbiqi sayəsində Qarabağda qazandığı qələbədən sonra daha bir ölkə silahlanma konsepsiyasını dəyişib.
Virtualaz.org xəbər verir ki, Gürcüstan hökuməti Qarabağdakı 44 günlük müharibənin ardınca hərbi büdcəsini artıraraq ordunun silahlanmasını yenidən təşkil etmək zərbə və kəşfiyyat PUA-larının alınacağını elan edib.
O cümlədən Türkiyədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri sifariş verib. Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, ölkə gələn il artilleriyanı dəstəkləmək üçün kəşfiyyat və düşmənin hədəflərini məhv etmək üçün döyüş pilotsuz təyyarələri alacaq. O cümlədən “Bayraktar”ların alınması üçün Türkiyəyə sorğu göndərib.
Bu bəyanat separatçı Abxaziyada ciddi narahatlığa səbəb olub. Qondarma Abxaziya “xarici işlər nazirliyi” bildirib ki, Gürcüstanın döyüş və kəşfiyyat dronları almaq planları onun mübahisələri qonşu Azərbaycanın Qarabağda həll etdiyi kimi silahla həll etmək niyyətindən xəbər verir.
“Dağlıq Qarabağda pilotsuz döyüş aparatlarının fəal istifadə edildiyi son hadisələr fonunda Gürcüstanın bu cür yüksək dəqiqlikli müasir silahlar almaq planları aktuallıq kəsb edir. Tamamilə aydındır ki, bu müasir silah növləri istisnasız olaraq ancaq həll edilməmiş münaqişələrin güc yoluyla həll edilməsi üçün tətbiq edilə bilər”,-“nazirliyin” bəyanatında bildirilir.
Qeyd edək ki, ərazisində “dondurulmuş” münaqişə ocağı olan və ərazisinin bir hissəsi (Krım) ilhaq edilən Ukrayna da hələ Qarabağ müharibəsindən əvvəl Türkiyədən “Bayraktar” dronları almışdı. Müharibədən sonra isə Ukrayna bu sahədə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirib, “Bayraktar”ların Ukrayna ərazisində birgə istehsalına dair razılaşma əldə olunub. Bir neçə həftə əvvəl Ukrayna ordusu Azərbaycan Ordusunun Qarabağdakı müharibə təcrübəsi əsasında irimiqyaslı təlimlər keçirib, bu təlimlərdə “Bayraktar”lardan da istifadə olunub.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar