Xəbər lenti


“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfəri bölgədə önəmli proseslərin inkişafında, sülhün bərqərar olması və möhkəmləndirilməsində dönüş nöqtəsi ola bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu İranın Gürcüstandakı səfiri Əkbər Qasemi Əliabadi deyib.
Səfirin sözlərinə görə, son illərdə Gürcüstan və İran arasındakı münasibətlərin dinamikası müəyyən mərhələdə naməlum səbəblərdən azalıb:

“Ölkələr hazırda Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra Qafqazda tamamilə yeni vəziyyətlə üzləşir. Bu vəziyyətdə İran,

Ermənistan, Azərbaycan, Gürcüstanın, daha sonra isə Rusiya və Türkiyənin də cəlb olunması ilə əməkdaşlıq platformasının yaradılması mümkündür”.

Ə.Q.Əliabadi bildirib ki, yeni regional inteqrasiya Qafqaz bölgəsində dayanıqlı inkişaf və tərəqqiyə yönəldiləcək.

Qeyd edək ki, İranın xarici işlər naziri regional tur çərçivəsində bu gün Gürcüstana səfər edəcək.



Ana səhifəyə qayıt        Baxış: 2 947          Tarix: 27-01-2021, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma