Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ermənistanda qarışıq günlər başlayıb, Nikol Paşinyanın reytinqi otdan da aşağı səviyyəyə düşüb. Və bu durumda Ermənistandakı siyasi ölülər qəbirlərindən çıxıb taxt davasına qalxmağa qərar verdilər. Loru dildə desək: “Çaqqaların ova çıxması”. Aydındır ki, söhbət Koçaryan və Sərkisyandan gedir.
Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.
Onun sözlərinə görə, əslində Sərkisyanın siyasi reabilitasiyasının şansları onun dostu Robert Köçəryandan da daha aşağıdır:
“Serj Sərkisyan da, Robert Köçəryan da erməniləri həmişə “alçaq xalq” kimi qələmə verib. Onlar xalqa səsi çıxmayan qul kimi baxıb.
Hətta yüz minlərlə insanın etiraz aksiyalarına çıxdığı "məxməri inqilab" nəticəsində Sərkisyanın rüsvayçılıqla istefaya getməsi belə onun düşüncəsini düzəltmədi. O, hələ də erməni xalqına nifrətlə yanaşır, güman edir ki, bizə indi də torba tikə bilər”, - deyə erməni ekspert qeyd edib.
Arşakyanın sözlərinə əsasən, Nikol Paşinyan Ermənistanı boğaraq öldürüb, Sərkisyan və Köçəryan isə çürüyən leşin qoxusuna gəlib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar